Canımızı qurtardığımıza şükr edəcəyik Okan Buruk

02.12.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Canımızı qurtardığımıza şükr edəcəyik" - Okan Buruk

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Superliqanın 14-cü turunda "Fənərbaxça" ilə heç-heçə etdikləri matç (1:1) haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis baş hakim Yasin Kolun qərarlarından narazı qaldığını söyləyib: 

"Oyunla əlaqədar deyə biləcəyimiz bir söz yoxdur. Bu gün yaşananları hamı gördü. Canımızı qurtardıq. Kazim Canın gözü kor olacaqdı. Futbolçularımızın ayaqları sına bilərdi. Buna görə şükr edirik. Heç kim olanları unutmasın. Biz "Qalatasaay"ıq. Azarkeşlərimizə səslənirəm: Bu gün yaşananlarda sonra necə bir "Qalatasaray" ortaya qoyacağımızı hər kəs görəcək. Futbol tarixi üçün məyusedici bir gecə idi".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью