Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Məlum olduğu kimi, Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü bloklayıb.
Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a mövzu haqda danışarkən bildirdi ki, bunun heç bir əhəmiyyəti yoxdur:
"Çünki köməkçi statuslu üzvlük hər hansı bir ciddi imtiyaz təmin etmir. Bu, sadəcə bir klubdur. Bu kluba gəlirsən, söhbət edirsən, fikir mübadiləsi aparırsan. Hamı görür ki, sən bu klubun üzvüsən. Bu klubun üzvü olmayanda da sən həmin sənsən. Sənin hörmətin, imkanların, maddi, siyasi, iqtisadi gücün dəyişmir. Sadəcə təsəvvür edin ki, sizi hansısa bir qonaqlığa dəvət etmədilər. Canları sağ olsun. Vaxt gələr, dəvət edərlər".
Aytəkin TOFİQQIZI