Canlı efirdə Hikmət Babaoğlunun halı pisləşdi, təcili yardım çağırıldı VİDEO

18.01.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


REAL TV-nin "Sabaha Elnarə ilə" proqramının canlı efirində millət vəkili Hikmət Babaoğlunun halı pisləşib.

Bakupost.az xəbər verir ki, o, canlı efit vaxtı özünü pis hiss etdiyini və efirdən çıxmaq istədiyini bildirib. Aparıcının "Naratsız" sualına H.Babaoğlu "Bəli" deyə cavab verib.

Əldə etdiyimiz məlumata görə, canlı efiri tərk edən H.Babaoğlunun vəziyyəti daha da pisləşib və o, yıxılıb. Bu səbəbdən REAL TV-yə təcili yardım xidməti çağırıldığı bildirilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью