Icma.az, 525.az portalına istinadən məlumat yayır.
ABŞ-də KNBC-TV telekompaniyasına məxsus helikopter canlı yayım zamanı qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza bu gün Los-Ancelesdə, Çatsuort rayonunda baş verib.
Sərnişin avtobusunun iştirakı ilə yaşanmış avtoqəzanı canlı efirdə yayımlayan helikopterdə anidən texniki nasazlıq yaranıb və idarəetmədən çıxaraq yerə çırpılıb. 2 ekipaj üzvü və yerdə olan 1 sakin həlak olub. 1 nəfər isə yaralanıb.
Qeyd edək ki, canlı yayım apardığından helikopterin qəzaya düşmə anı efirdə yayımlanıb.
L.Tağıyeva