Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
"TikTok" platformasında açılan canlı yayımların bir çoxu insanlardan yardım toplamaq məqsədilə açılır. Müxtəlif xəstəlikləri olan şəxslər, sosial müdafiəsi olmayan ailələr üçün başqaları və ya birbaşa özləri tərəfindən yardım istənilir. Bəziləri pulların hara xərcləndiyini şəffaf şəkildə göstərsə də, bir çoxları bunu etmir. Yığılan pulların ünvana çatıb-çatmaması ilə bağlı insanlarda sual yaranır.
Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, hər hansı şəxs vətəndaşlardan "TikTok" vasitəsilə yardım adı altında pul toplayaraq məqsəddən kənar istifadə edirsə, dələduzluq tərkibi yarana bilər:
"Belə vəziyyətlərdə əsas meyar pulun hansı niyyətlə yığıldığı və faktiki olaraq hara xərcləndiyidir. Qanunvericiliyə görə, əgər dələduzluq yolu ilə əldə edilən məbləğ 500 manata qədərdirsə, bu hal inzibati məsuliyyət yaradır. Yəni şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq oluna bilər. Lakin məbləğ 500 manatı keçdikdə artıq məsələ cinayət məsuliyyəti müstəvisinə keçir və burada dələduzluq cinayətinin tərkibi formalaşır".
Vəkil deyib ki, Cinayət Məcəlləsinə əsasən, 500 manatdan 5.000 manata qədər olan məbləğ dələduzluğun birinci hissəsi hesab olunur və bu, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilir:
"Əgər mənimsənilən və ya təyinatından kənar istifadə edilən məbləğ 5.000 manatdan 50.000 manata qədərdirsə, bu artıq dələduzluğun ikinci hissəsi sayılır və məsuliyyət daha da ağırlaşır".
"Ancaq mühüm bir məqam da var. Əgər pul yığımı həyata keçirən şəxs bütün toplanmış vəsaiti tam şəkildə elan olunan məqsəd üzrə xərcləyibsə, bu halda dələduzluq tərkibi yaranmır. Belə vəziyyətdə hüquqi məsuliyyətdən söhbət gedə bilməz. Yəni əsas məsələ pulun toplanma forması yox, onun sonradan necə və hansı məqsədlə istifadə olunmasıdır", - deyə vəkil qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, hər hansı şəxs vətəndaşlardan "TikTok" vasitəsilə yardım adı altında pul toplayaraq məqsəddən kənar istifadə edirsə, dələduzluq tərkibi yarana bilər: