Canlı yayımda söyüş söyən daha bir tiktoker SAXLANILDI

03.03.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən 27 yaşlı M.Cəfərov saxlanılıb. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, o, “Yeraz” adlı “TikTok” hesabında canlı yayım açaraq əxlaq normaları ilə bir araya sığmayan hərəkətlərə yol verib.

Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью