Canluici Donnarumanın yerinə üç namizəd var

07.02.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Canluici Donnaruma PSJ-dən ayrılmaq istəyir. Sport24.az "Fichajes"ə istinadən xəbər verir ki, 25 yaşlı qolkiper karyerasını vətənində davam etdirmək niyyətindədir.

Fransa klubunun rəhbərliyi artıq onun əvəzləyə biləcək "çərçivə qoruyucusu" axtarışına çıxıb. Hazırda parislilər 3 namizəd arasında seçim edirlər.

"Espanyol"un qolkiperi Joan Qarsiya, "Porto"dan Dioqo Kosta və "Milan"ın fransalı qapıçısı Mayk Menyan yayda PSJ-yə transfer oluna bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью