Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
FİFA prezidenti Canni İnfantino təşkilatın Şura Bürosunun üzvlərinə bildirib ki, yenidən seçiləcəyi təqdirdə, dünya çempionatı və Klublararası Dünya Çempionatında iştirakçı sayını artırmaq planlarından imtina edəcək. Sport24.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, İnfantinonun bu addımı, dünya çempionatındakı payların özəl investorlara satılması təkliflərindən sonra üzləşdiyi təzyiqi azaltmaq, eləcə də FİFA prezidenti vəzifəsinə yenidən seçilməsi üçün dəstək qazanmaq məqsədi daşıyır.
Qeyd edək ki, İspaniya, Portuqaliya və Mərakeşin ev sahibliyi edəcəyi (həmçinin Uruqvay, Argentina və Paraqvayda da bir oyun keçiriləcək) DÇ-2030-da 48 komanda mübarizə aparacaq. Digər tərəfdən, 2029-cu il Klublararası Dünya Çempionatında 32 komandanın iştirakı nəzərdə tutulsa da, turnirə ev sahibliyi edəcək ölkə hələ müəyyənləşməyib.