“CAR ABŞ yə boyun əyməyəcək” Ramafosa

22.09.2026

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Cənubi Afrika ABŞ ilə münasibətlərdə suverenliyini müdafiə edəcək və Vaşinqtona "əyilməyəcək". Cənubi Afrika Respublikasının pezidenti Siril Ramafosa bunu ABŞ-nin Pretoriyaya yeni viza məhdudiyyətləri tətbiq etməsinə cavab olaraq bildirib.

Hurriyyet.media  xarici mediaya istinadla xəbər verir ki, S.Ramafosa deyib: "Biz başımızı əymədən dialoq aparacağıq. Biz milli suverenliyimizi müdafiə edəcəyik, eyni zamanda, bütün digər ölkələrlə əlaqə qurduğumuz kimi, ABŞ ilə də əlaqə qurmağa açıöıq".

Ramafosa CAR-ın Afrikanın digər ölkələrə hörmət etdiyini və onlardan qarşılıqlı münasibət gözlədiyini vurğulayıb. Dövlət başçısı bu açıqlamanı Yohannesburqda jurnalistlərlə danışarkən verib.

15 sentyabrda ABŞ dövlət katibi Marko Rubio CAR rəsmiləri və vətəndaşları üçün yeni viza məhdudiyyətləri elan edib. O, CAR hökumətini sərt tənqid edərək, onu ağ azlığın hüquqlarını pozmaqda ittiham edib. “News 24” xəbər verir ki, Vaşinqtonun viza məhdudiyyətləri CAR hökumətinin üzvlərinə, siyasətçilərə və iş adamlarına şamil edilə bilər. Nəşr bildirib ki, Pretoriya bu məhdudiyyətlərin Ramafosa və ya digər yüksək vəzifəli dövlət məmurlarına şamil edilməyəcəyini güman edir. Bir neçə mənbəyə görə, CAR rəhbərliyinə qarşı viza sanksiyalarının tətbiqi "diplomatik müharibə elanı" olardı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью