Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənubi Afrika Respublikasında (CAR) 289 fəhlə mədəndə yerin altında qalıb.
Bu barədə "Reuters" agentliyi ölkənin şaxtaçılar ittifaqına istinadla məlumat yayıb.
Hadisənin 22 may axşamı baş verdiyi bildirilir.
"Bizə 7-ci Kluf şaxtasında təxminən 300 işçinin yerin altında qaldığı barədə məlumat daxil olub", – deyə ittifaqın mətbuat katibi qeyd edib.
Agentliyin məlumatına görə, "Sibanye Stillwater" şirkəti 289 şaxtaçının xilas edilməsi üçün işlərə başlayıb. Heç kim xəsarət almayıb, xilasetmə əməliyyatının gün ərzində başa çatdırılacağı gözlənilir.