CAR da ardıcıl qanlı hücumlar 6 ölü | Icma.az
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Afrika Respublikasının (CAR) paytaxtında iki ayrı ərazidə silahlı hücum baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qərbi Keyptaun polisinin sözçüsü Andre Traut mətbuata açıqlamasında deyib.
O bildirib ki, şəhər mərkəzinin şərqindəki Ndabeni rayonunda baş verən silahlı hücumda 4 nəfər həlak olub.
Trautun sözlərinə görə, Kensinqton rayonundakı Meytlend qəbiristanlığı yaxınlığında baş verən silahlı hücumda isə 2 nəfər ölüb, 2 nəfərdə yaralanıb.
Sözçü hər iki hücumun motivinin hələ müəyyən edilmədiyini bildirib.
Qeyd edək ki, dünyada cinayət nisbətinin ən yüksək olduğu ölkələrdən biri olan CAR-da 2025-ci ilin ilk 9 ayı ərzində 17 mindən çox qətl törədilib.
İsgəndər Həsənov Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu