CAR da dəhşətli avtoqəza: Azı 40 nəfər öldü

13.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Afrika Respublikasında (CAR) avtobusun qəzaya uğraması nəticəsində azı 40 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə eNCA telekanalı məlumat yayıb .

Məlumata görə, dəhşətli yol-nəqliyyat hadisəsi zamanı onlarla insan xəsarət alıb.

Xəbərdə bildirilir ki, Limpopo vilayətində qəzaya uğrayan avtobus Zimbabvenin paytaxtı Harareyə gedirmiş.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью