CAR da qanlı gecə iki hücumda 17 nəfər öldürülüb

17.11.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Afrika Respublikasının müxtəlif əyalətlərində baş verən iki ayrı silahlı hücum ölkəni sarsıdıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Pretoriya yaxınlığındakı bir evdə 9 nəfər, Svitvoters şəhərində isə nəqliyyat vasitəsinin içərisində 8 nəfər güllələnib.

Bu barədə Cənubi Afrika Polisi açıqlama yayıb. Bildirilib k, Pretoriyasının qərbində, Atteridgeville bölgəsindəki Jeffsville yaşayış məntəqəsində bir evdə 9 nəfər – 6 kişi və 3 qadın güllələnib.

Hücumun səbəbi hələ müəyyən edilməyib və hadisə ilə bağlı heç kim həbs olunmayıb.

Eyni gecə Kvazulu-Natal əyalətinin Svitvoters şəhərində baş verən digər hücumda nəqliyyat vasitəsinin içərisində olan səkkiz nəfər güllələnib.

Polis hər iki hadisə ilə bağlı araşdırmaya başlayıb. Qurbanların kimliyini müəyyən etmək və şübhəliləri tutmaq üçün çalışmalar davam etdirilir.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью