CAR Formula 1 Qran prisinə ev sahibliyi edə bilər

06.09.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Afrika Respublikası (CAR) hökuməti "Formula-1" üzrə Qran-prinin ölkədə keçirilməsi ilə bağlı İdman, İncəsənət və Mədəniyyət Nazirliyinin təklifini təsdiqləyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə CAR prezidentinin ofisi məlumat yayıb.

Məlumata görə, ölkə 2027-ci ildə Kyalami trasında "Formula-1" yarışının təşkili hüququnu əldə etməyə çalışacaq.

Xatırladaq ki, Yohannesburqun şimalında yerləşən Kyalami trası artıq 1967-1993-cü illərdə "Formula-1" Qran-prisinə ev sahibliyi edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью