CAR İsrailin müvəqqəti işlər vəkilini “persona non grata” elan edib

30.01.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Cənubi Afrika Respublikası (CAR) İsrailin müvəqqəti işlər vəkili Ariel Seidmanı “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə CAR Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatdan 72 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

Seidman “diplomatik qaydaların pozulması və CAR-ın suverenliyinə təhdid yaradan fəaliyyət”də ittiham edilir.

“Bu əməllərə İsrail sosial media platformalarından CAR Prezidenti Siril Ramafosaya qarşı təhqiramiz hücumların edilməsi və İsrail rəsmilərinin səfərləri ilə bağlı Xarici İşlər Nazirliyinin məlumatlandırılmaması daxildir”, - XİN-in məlumatında deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью