CAR Olimpiadaya ev sahibliyi etmək üçün müraciət edəcək

13.11.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Afrika Respublikasının Prezident Administrasiyasının dövlət naziri Kumbudzo Ntşaveni ölkənin 2036 və ya 2040-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etmək niyyətində olduğunu açıqlayıb.

İdman.Biz-in məlumatına görə, növbəti Yay Olimpiya Oyunları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.

“France24”ün məlumatına görə, Ntşaveni deyib: "Cənubi Afrika hökuməti 2036 və ya 2040-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün rəsmi müraciət etmək qərarına gəlib. Turnirə ev sahibliyi edə biləcəyimizə əminik".

Həmçinin qeyd edilib ki, 2010-cu il FIFA Dünya Kubokuna ev sahibliyi edən Cənubi Afrika infrastrukturunu təkmilləşdirmək üçün əhəmiyyətli investisiya tələb etməyəcək.

Afrika ölkələri heç vaxt Olimpiya Oyunlarına ev sahibliyi etməyiblər.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью