CARda kütləvi zəhərlənmə 50 şagird xəstəxanaya yerləşdirilib

15.11.2024

Icma.az, Anews saytına istinadən bildirir.

Cənubi Afrikanın Limpopo vilayətində kütləvi zəhərlənmə halı qeydə alınıb.Bu barədə "Reuters” agentliyi məlumat yayıb.

"İlkin olaraq Giyani şəhərindəki məktəbdən 39 şagird xəstəxanaya çatdırılıb, bir müddət sonra daha 11 şagirdə təcili tibbi yardım göstərilib. Onlar məktəb yeməkxanasında milli məktəb qidalanma proqramı tərəfindən verilən sıyıq yedikdən sonra mədələrində ağrı hiss ediblər”, - məlumatda deyilib.

Əyalətin səhiyyə işçiləri analiz üçün qidadan nümunələr götürüblər.
www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью