Cared Kuşner Ukrayna ilə bağlı pərdəarxası görüşü açıqladı

09.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağ Evin xüsusi elçisi Stiv Uitkoff ilə birlikdə Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlardan əvvəl Ukrayna Avropa İttifaqı (Aİ) və NATO nümayəndələri ilə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidentinin kürəkəni Cared Kuşner özünün "X" sosial şəbəkə hesabında bildirib ki,

"Əbu-Dabidə Ukrayna və Rusiya ilə ikigünlük üçtərəfli danışıqlar başlamazdan əvvəl biz xüsusi elçi Stiv Uitkoff ilə birlikdə Ukrayna, Aİ, NATO, Almaniya, Fransa, Böyük Britaniya və İtaliyadan olan tərəfdaşlarımızla bir araya gələcəyik", - C.Kuşner qeyd edib. 

Onun sözlərinə görə, bu görüşün məqsədi Avropa təhlükəsizliyi və Ukraynanın müharibədən sonrakı gələcəyi ilə bağlı son bir neçə həftə ərzində aparılan sıx məsləhətləşmələri və koordinasiya işlərini davam etdirməkdir.

Xatırladaq ki, Vaşinqtonun vasitəçiliyi ilə Moskva və Kiyev nümayəndələri arasında Əbu-Dabidə planlaşdırılan danışıqlar noyabrın 10-u və 11-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью