Cari ildə Azərbaycan bir neçə ölkələrə maliyyə yardımı edib Rəsmi

28.12.2024

Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan tərəfindən indiyədək Ukrayna dövlətinə təxminən 40 milyon ABŞ dolları həcmində humanitar yardım göndərilib. Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. 

Həmçinin Türkiyədə baş verən zələzələ nəticəsində də Prezidentin tapşırığı ilə qonşu ölkəyə müvafiq maliyyə yardımı göstərilib.  

Türkiyədə keçən il baş vermiş dağıdıcı zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə müvafiq maliyyə yardımı ayrılıb.

Bundan əlavə cari ildə  Bosniya və Herseqovina, Çili, Kolumbiya, Kuba, Qrenada, Sent Vinsent və Qrenadin, Antiqua və Barbuda, Vyetnam, Yəmən, İordaniya, Əlcəzair, Argentina, Braziliya, Albaniya, Zimbabve, Tacikistan, Qambiya və Uqandaya yardımlar göndərilib. 

Gülnar Nazimqızı 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью