Cari mövsümdə avrokuboklarda 72 klub arasında uduzmayan yeganə komanda

07.03.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Avropa Liqasının 1/8 final mərhələsinin "Real Sosyedad"la ilk oyunundan (1:1) sonra "Mançester Yunayted" hələ də Avropa Liqasının və Çempionlar Liqasının 72 klubu arasında cari avrokubok mövsümündə heç bir qarşılaşmada uduzmayan yeganə klubdur.

Ümumilikdə, 2024/2025 mövsümündə "qırmızı şeytanlar" Avropa Liqasında doqquz görüş keçirib. Bu oyunların beşində qalib gəlib, dörd dəfə isə heç-heçə edib.

Qeyd edək ki, "Mançester Yunayted"in "Real Sosyedad"la cavab oyunu martın 13-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью