Carlsberg Azerbaijan gömrük qaydalarını pozmaqda ittiham edilir

05.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsi (DGK) "Carlsberg Azerbaijan" şirkəti barəsində inzibati protokol tərtib edib.

Publika.az Valyuta.az-a istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Abşeron Rayon Məhkəməsində baxılacaq.

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

"Carlsber Azerbaijan" MMC pivə istehsalını həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью