Çarlz Barkli: “NBA hazırda çox darıxdırıcıdır”

09.12.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Basketbol Assosiasiyasının (NBA) “All-Star” oyunlarının 11-qat iştirakçısı Çarlz Barkli Oklahoma City Thunder” komandasını çempionatı darıxdırıcı etməkdə günahlandırıb.

İdman.Biz xəbər verir ki, “Oklahoma City Thunder” hazırda NBA çempionatında 23 qələbə qazanıb və 1 dəfə məğlub olub.

“NBA hazırda həqiqətən də darıxdırıcıdır. Yəni, “Oklahoma” həddindən güclü görünür və hamını məhv edir. “Hyuston” və “Denver” onları üstələyə biləcəklərmi? Yeganə sual budur”, - Barkli Basketbol Network-ə bildirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью