“Cartier” yeni zərgərlik kolleksiyasını təqdim edib

19.10.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Fransanın məşhur lüks zərgərlik brendi “Cartier” Yaponiyanın Kyoto şəhərində “Le Chœur des Pierres” yüksək zərgərlik kolleksiyasının ikinci hissəsini təqdim edib. Tədbir tarixi Kyoto Milli Muzeyində keçirilib.

Təqdimatda tanınmış amerikalı rejissor Sofiya Koppola və Cənubi Koreyanın “BLACKPINK” qrupunun üzvü Jisoo da daxil olmaqla, bir sıra məşhur simalar iştirak ediblər.

Kolleksiyada qiymətli daşların rəngini, formasını və fərdi xüsusiyyətlərini ön plana çıxaran yeni zərgərlik nümunələri yer alıb. Təqdimat brendin ənənəvi sənətkarlıq irsini müasir dizayn yanaşması ilə birləşdirən layihələrindən biri kimi diqqət çəkib.

Hazırladı:
S.Rzayeva
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью