CAS ın prezidenti postundan getdi

30.09.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) prezidenti Con Kouts 15 il sonra vəzifəsindən ayrıldığını açıqlayıb. Qərar onun uzun müddətdir davam edən xərçəng xəstəliyindən müalicəsi ilə əlaqədar qəbul edilib.

Fanat.Az CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, Kouts altı aylıq kimyaterapiya kursunu tamamlasa da, səhhəti beynəlxalq səfərlərə yollanmağa imkan vermir. 

Sözügedən qurumun prezident postu müvəqqəti olaraq Maykl Lenarda tapşırılıb. Yeni prezidentin rəsmi seçkilərinin isə 2027-ci ilin mayında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Con Kouts 2010-cu ildən etibarən CAS prezidenti idi. 
 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью