CAS qərarı dəyişdi Seneqal çempion elan edildi!

24.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kubokunun finalı ilə bağlı Seneqal Futbol Federasiyasının apellyasiya şikayətini təmin edib.

Futbolpress.az xəbər verir ki, qurum finaldan sonra Seneqal yığmasına verilən texniki məğlubiyyət qərarını ləğv edib və ölkə turnirin qalibi elan edilib.

Bu il yanvarın 18-də Seneqal və Mərakeş milliləri arasında keçirilən final qarşılaşmasının 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndala mərakeşlilərin xeyrinə penalti təyin edib. Qərara etiraz edən seneqallı futbolçular meydanı tərk ediblər. Bundan sonra oyunda 15 dəqiqəlik fasilə yaranıb. Kapitan Sadio Manenin israrından sonra matça qayıdan seneqallılar 113-cü dəqiqədə fərqlənərək, qələbə qolunu vurub.

Lakin Afrika Futbol Konfederasiyasının İntizam Komitəsi meydanı tərk etmə səbəbindən Seneqala texniki məğlubiyət vermişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью