Caspian Equipment Company ilk 6 ayı xalis mənfəət ilə bağlayıb

11.09.2025

Icma.az bildirir, Marja.az portalına istinadən.

Avtomobillər üçün ehtiyat hissələrinin, mühərrik yağlarının, sürtgü və soyutma məhsullarının topdan satışı ilə məşğul olan "Caspian Equipment Company" ASC 2025-ci ilin ilk 6 ayını (yanvar-iyun) 337 min manat xalis mənfəət ilə başa vurub. Şirkət tam 2024-cü ili 1 milyon 87 min manat xalis mənfəət ilə bağlamışdı. 

Marja.az xəbər verir ki, 2025-ci ilin 1-ci yarısında "Caspian Equipment Company"nin əsas əməliyyat gəlirləri (satış) 7 milyon 368 min manat təşkil edib. 2024-cü ildə Şirkətin satışının cəmi mələği 16 milyon 897 min manat olmuşdu.

Qeyd edək ki, "Caspian Equipment Company" ASC-nin nizamnamə kapitalının 100 faizi Rüstəmov Eldəniz Sabir oğluna məxsusdur. 30 iyun 2024-cü il tarixində Şirkətin 54 nəfər işçisi olub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью