Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
31 yaşlı məşhur kanadalı müğənni Castin Biber pulsuz qalıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Biber 2022-ci ildə ləğv edilmiş “Justice” dünya turuna görə investorlara 26 milyon dolları geri qaytarmaq üçün menecerindən və onun çalışdığı şirkətdən borc götürüb.
Auditdən sonra Bieber bu borcun yarısını və 11 milyon dolları keçmiş komissiyaları ödəməyə razı oldu.
İddialara görə, müğənni keçmiş meneceri Skuter Brauna olan 31 milyon dollar borcunu ödəmək üçün həyat yoldaşı Heyli Biberdən mədət umur.
İfaçının pulu qaytarmaq üçün Heyli Biberin şirkəti “Rhode’un, e.l.f. Cosmetics”in satışından gələn gəlirləri gözlədiyi bildirilir.
Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Billurə