Castin Klyuyvert bütün rəqiblərini qabaqladı

07.02.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə Premyer Liqasında (İPL) yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az sözügedən çempionatın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Bornumt"un niderlandlı hücumçusu Castin Klyuyvertdir.

25 yaşlı Castin ötən ay komandasının heyətində 4 İPL matçına çıxıb. Bu görüşlərdə 5 qol vuran və 2 məhsuldar ötürmə müəllifi olan forvard 22-ci turda "Nyukasl" ilə matçda (4:1) het-triklə yadda qalıb.

Xatırladaq ki, 24 oyuna 40 xal toplayan "Bornmut" hazırda  turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью