Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikalı qarışıq döyüş ustası Castin Qetji azərbaycanlı Rafael Fiziyevlə martın 8-də Las-Veqasda keçiriləcək döyüş öncəsi bir sıra açıqlamalar verib.
İdman.biz xəbər verir ki, o, qarşıdakı revanş görüşündə öz üslubuna qayıdacağına söz verib.
Qetji "Shak MMA"ya müsahibəsində hücuma lazım olduğundan daha az getdiyini deyib: "Əgər çempionlara baxsanız, onlar vaxtın 80 %-ni hücum edirlər və uğur qazanmaq istəyirsinizsə, bunu etməlisiniz.
Mən Çandler və Fiziyevlə döyüşlərdə təhlükəsiz davranaraq uğur qazandım, amma bu, çıxış yolu deyil.
Əgər "World Series of Fighting"də Qetjini xatırlayırsınızsa, məhz əsl onu görəcəksiniz.
Ancaq yalnız daha təkmil versiyanı, çünki indi mənim ustalığım o vaxtdan daha yaxşıdır. Mənim bu döyüşə niyyətim belədir”.
O bu döyüşün birincidən çox da fərqlənməyəcəyini düşünür: "İnanıram ki, Fiziyev yaxşı zərbə vurmaq bacarığına malikdir və bizim divizionda ən dinamik hücum edən döyüşçülərdən biridir.