Castin Timberleyk Bakıda konsert verəcək!

11.04.2025

Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Castin Timberleyk Bakıda konsert verəcək!

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Castin Timberleyk ilk dəfə Azərbaycana gəlir.

OLAY-ın əldə etdiyi məlumata görə, paytaxtımıza təşrif buyuracaq 44 yaşlı sənətçi iyulun 27-sində “Olimpiya Stadionu”nda möhtəşəm solo konsert proqramı ilə çıxış edəcək.

C.Timberleykin musiqi gecəsinin biletləri aprelin 14-dən rəsmi olaraq satışa çıxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью