Castin Timberleykdən yeni sənədli film layihəsi

03.11.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Castin Timberleykin yeni sənədli layihəsi pop musiqi tarixinin ən çox müzakirə olunan hadisələrindən birini yenidən gündəmə gətirə bilər.

Kulis.az xəbər verir ki, müğənni haqqında dörd hissədən ibarət sənədli serial hazırlanır və layihənin bu ilin dekabrında "Apple TV" platformasında yayımlanması gözlənilir.

Filmin rejissoru “Oskar” mükafatlı sənədli film rejissoru Fişer Stivensdir.

Layihənin maraq doğuran tərəflərindən biri 2004-cü ildə “Super Bowl”un fasilə şousunda Castin Timberleyk və Canet Ceksonun iştirakı ilə baş verən hadisədir. Həmin çıxış zamanı Ceksonun geyiminin bir hissəsi açılmış, hadisə ABŞ televiziya tarixinin ən böyük qalmaqallarından birinə çevrilmişdi. Sənədli filmdə Ceksonun da həmin hadisə barədə danışa biləcəyi bildirilir, amma onun iştirakının rəsmən təsdiqləndiyini söyləmək hələ tezdir.

Serialda Timberleykin Britni Spirs ətrafında son vaxtlar yenidən gündəmə gələn müzakirələrə münasibətinin də yer ala biləcəyi gözlənilir. Bu səbəbdən layihə sadəcə müğənninin karyerasına nəzər salan bioqrafik film deyil, onun şəxsi həyatı və pop musiqi sənayesindəki mübahisəli məqamlarla üzləşdiyi bir ekran işi kimi təqdim olunur.

Nazir müavini: "Forumun mövzusu “Parçalanmış dünyada körpülərin qurulması”dır" “Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı? Minillik tarixə malik tikili parçası Hollivud filmlərini geridə qoydu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью