Castin Trüdo film şirkəti qurdu

13.09.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Kanadanın keçmiş Baş naziri Castin Trüdo filmlər, seriallar və digər əyləncəli şoular istehsal edəün şirkət qurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni şirkət “Hope and Hard Work” (“Ümid və Gərgin Əmək”) adlandırılıb.
Bu, siyasətçinin çıxışlarında tez-tez istifadə etdiyi bir ifadədir.
Trüdo bu şirkəti uzun müddət onun aparat rəhbəri vəzifəsini icra edən Keti Telfordla birlikdə təsis edib.
Şirkət bildirib ki, o, insanları film, televiziya, audio və canlı layihələr vasitəsilə bir-birimizi görməyə, anlamağa və əlaqə qurmağa kömək edən hekayələr vasitəsilə birləşdirmək istəyir.
Qeyd edək ki, Liberal Partiyasının populyarlığı azaldıqdan sonra Trüdo 2025-ci ildə baş nazir vəzifəsindən istefa verib. Lakin o, ictimaiyyət qarşısında çıxışlar və açıqlamalar verməyə davam edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью