Castindən xanımına təbrik

14.09.2026

Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

32 yaşlı müğənni Castin Biber 29 yaşlı həyat yoldaşı Heyli Biberi evliliklərinin ildönümü münasibətilə təbrik edib.
OLAY yazır ki, cütlük sentyabrın 13-də nikahlarının 8-ci ildönümünü qeyd edib.

Bu münasibətlə Castin həyat yoldaşı ilə birlikdə çəkilmiş, ona bilyard oynamağı öyrətdiyi fotoları yayımlayıb.

“Sonsuzluğa qədər 8 il. Yeni başlanğıclar. Səni sevirəm! İldönümümüz mübarək!” deyə Castin yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью