“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

25.11.2024

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

“Casus uşaqlar” filminin aktyoru Robert Vito məişət zorakılığında ittiham olunub.

Axşam.az xəbər verir ki, aktyorun Los-Ancelesdəki evinə polis çağrılıb. Buna səbəb onun keçmiş sevgilisi Lindsey Cenninqs ilə yaşadığı insident olub.

Qadının sözlərinə görə, ikisi mübahisə edib. Bu zaman Vito oğlunu divana itələyib, ona isə fiziki təzyiq göstərib. Uşaq xəsarət almasa da, qızın bədənində zorakılıq izləri var. O, həbs edilib.

Lakin Los-Anceles prokurorluğu bunu cinayət hesab etməyib və Vitoya qarşı inzibati xəta ittihamı irəli sürüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью