Casusluq edən əcnəbiyə hökm oxundu

30.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən Sohrabi Akbar Ghesmat adlı əcnəbiyə hökm oxunub.

Gununsesi.info bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Sohrabi Akbar Ghesmat Azərbaycan vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərib və strateji obyektlərlə bağlı məlumatları toplayıb dövlət təhlükəsizliyinə zidd olaraq digər ölkəyə ötürüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью