Casusluqda ittiham olunan Sarkis Qalstyandan XƏBƏR VAR MTX nin “podva”lında SAXLANILIR | I…
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qarabağ ermənisi Sarkis Qalstyanın Ermənistanda casusluq ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarına qarşı apellyasiya şikayəti təqdim olunub.
Müdafiə tərəfi onun günahsız olduğunu bildirir və hökmün ləğv edilməsini tələb edir.
Şikayət icraata qəbul edilsə də, məhkəmə iclasları uzun müddətdir ki, təyin olunmur.
Məhkəmə proseslərinin təxirə salınmasına səbəb məhbusların müşayiət edilməsi üçün kadr çatışmazlığıdır.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet xatırladıb ki, Qalstyan işğal dövründə – 2018–2023-cü illərdə separatçı rejimdə müxtəlif vəzifələrdə çalışıb: “O, Şuşa rayon administrasiyası rəhbərinin müavini, rejimin Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və son olaraq, qondarma qurumun “prezident administrasiyası” rəhbərinin müavini olub.
İttihama görə, o, 2020-ci ildən xarici dövlət tərəfindən ələ alınıb və “Sarxan” ləqəbi ilə casusluq fəaliyyəti ilə məşğul olub.
Tam oxu
Xəbəri oxu