“Çatışmayan məqamlar var” Məmmədov

21.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Şamaxı”ya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Futbolpress.az xəbər verir ki, klubun saytına danışan mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

“Bu yoxlama oyunumuz hazırlıq dövrünün 2-ci hissəsinə təsadüf edib. Bu matçın hazırlığına 4 gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq keçirdik. Futbolçular məşqlərdə də, oyunda da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar.

Təbii ki, çatışmayan məqamlar var. Bir neçə mövqedə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik. Sevindirici hal ondan ibarətdir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur. Amma daha çox çalışmalıyıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq. Qəbələdə keçirilən hər iki oyunda bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью