“Cavab daha dağıdıcı olacaq” İran İsraili açıq şəkildə hədələdi

14.07.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İranın yeni Baş Qərargah rəisi general Əmir Musəvi İsrailə qarşı sərt bəyanatla çıxış edib.

O, Tehranın qərbində İran Milli Təhlükəsizlik Ali Şurasının toplantısı zamanı təşkil edilən hücuma cavab olaraq, Tel-Əvivə qarşı daha sərt və dağıdıcı tədbirlər görüləcəyini bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Hava və Kosmik Qüvvələrinin qərargahına səfəri zamanı çıxış edən general Musəvi deyib:“Düşmənlər yenidən səhv etsələr, döyüşçülərimiz əvvəlkindən daha qətiyyətli və dağıdıcı cavab verməyə tam hazırdır".

Qeyd edək ki, Əmir Musəvi bu vəzifəyə 13 iyun 2025-ci ildə, İsrailin 12 günlük hərbi əməliyyatı zamanı selefi general Məhəmməd Bakıri həlak olduqdan sonra təyin edilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью