Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Bolqarıstanın ÇSKA klubunun futbolçusu Teodor İvanov Avropa Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Cavab oyunu ölüm-dirim mübarizəsi olacaq. Birinci görüşdə yaxşı performans göstərdiyimizi düşünürəm. “Qarabağ” çox güclü rəqibdir. Onların futbolçuları sürətli, fiziki baxımdan yaxşıdır. Buna baxmayaraq, qarşılarını ala bildik. Cavab matçını azarkeşlərimiz önündə oynayacağıq və mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.
ÇSKA – “Qarabağ” oyunu iyulun 30-da keçiriləcək.