Cavabımız sərt və qətiyyətli olacaq İrandan ABŞ a MESAJ

28.01.2026

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın BMT-dəki missiyası X hesabında ABŞ-la münasibətlər barədə paylaşım edib. SİTAT: “Ötən dəfə ABŞ Əfqanıstan və İraqda müharibələrə başlayanda 7 trilyon dollardan çox vəsait xərclədi və 7 mindən çox amerikalı həlak oldu. İran qarşılıqlı hörmət və maraqlar əsasında dialoqa hazırdır - lakin ona təzyiq göstərilərsə, özünü müdafiə edəcək və cavabı son dərəcə sərt və qətiyyətli olacaq!", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı nüvə sazişini imzalamaqdan imtina edəcəyi təqdirdə yeni hücumla hədələyib.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью