Cavad Fəhradov 8 kq marixuana ilə tutuldu

29.11.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şamaxıda narkotik satışı ilə məşğul olan şəxs tutulub.

Bakıvaxtı.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Şaşaxı RPŞ-nin keçirdiyi tədbirlərlə 41 yaşlı Cavad Fəhradov saxlanılıb.

Ondan 8 kiloqramdan artıq marixuana aşkar olunub. C.Fəhradovun narkotik vasitəni meşə massivində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarını quradaraq satmaq məqsədilə əldə etdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, C.Fəhradov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью