Icma.az bildirir, Axsham.az portalına istinadən.
Görkəmli rəssam, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun baxımsız və dağılmış vəziyyətdə olan məzarının görüntüləri yayılıb.
Axşam.az xəbər verir ki, fotonu rəssam Milena Nəbiyeva sosial media hesabında paylaşıb. O, aidiyyəti qurumları rəssamın məzarının bərpasına çağırıb.
“Ümid edirəm, böyük rəssamın məzarı aidiyyəti qurumlar, təşkilatlar tərəfindən nəzarətə götürülərək bərpa olunacaq. Sual oluna bilər ki, bəs, hanı Mircavadın ailəsi? Yoxdur ailəsi. Həyat yoldaşı Lyuba xanım bir neçə il əvvəl rəhmətə gedib. Yeganə oğlu, bildiyim qədərilə, Danimarkada yaşayır və ölkə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Amma biz varıq. Ölkənin milli, mənəvi dəyərlərinə sahib çıxmağa gücümüz var” deyə, o, paylaşımında yazıb.
M.Nəbiyeva məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə və Azərbaycan Rəssamlar İttifaqına müraciət etdiyini də bildirib.
Qeyd edək ki, C.Mircavadov 1992-ci ildə vəfat edib.