Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü Fotolar

08.09.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Kiçik bazar” adlanan dənizkənarı ərazidə qeydə alınıb.

Hadisə nəticəsində “Land Rover” və “KİA” markalı minik avtomobilləri toqquşub.

Qəzada “Land Rover”in sürücüsü 1973-cü il təvəllüdlü rayon sakini Elçin Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E. Ağayev müğənni Cavad Rəcəbovun yeznəsidir.

Surxay Şahbazov




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью