Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq. Cavad Zərif buna etiraz olaraq istefa verib İranın strateji məsələlər üzrə vitse-prezident
Bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Zərif iqtisadiyyat və maliyyə naziri Əbdül Nasser Hemmatinin impiçmentindən sonra istefa verib.
“Fars News” xəbər verir ki, "maliyyə naziri Əbdül Nasser Hemmatinin işdən çıxarılması ilə bağlı dinləmələrdən sonra iki mənbə Zərifin istefasını təsdiqləyib".
Qeyd olunur ki, prezident Məsud Pezeşkian hələ Zərifin bəyanatını qəbul etməyib.
İran parlamenti fevralın 19-da iqtisadiyyat naziri Hemmatiyə qarşı impiçment proseduruna başlayıb.
Əsas səbəb kimi ölkənin milli valyutasının bazar məzənnəsinin rekord səviyyədə aşağı düşməsi göstərilir.
Zərif ikinci dəfədir ki, İranın vitse-prezidenti vəzifəsindən istefa verir.