Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Davosda “Hicab və İffət” qanunu açıqlaması İranda səs-küyə səbəb olub.
“Cebheinfo.az” xəbər verir ki, ölüm hökmü kimi sərt cəzalar gətirən bu qanunla bağlı həyəcan təbili çalınır.
İran Prezidenti Məsud Pezeşkianın müavini Məhəmməd Cavad Zərif Davosda keçirilən Dünya İqtisadi Forumunda verdiyi müsahibədə ölkənin sərt hicab qanunlarını yumşaltdığını dedikdən sonra tənqidlərə məruz qalıb.
Zərif “CNN” telekanalının aparıcısı Fərid Zəkariaya müsahibəsində deyib: “Tehranda getdikcə daha çox qadın hicab bağlamamağı seçir və hökumət sərt hicab qanunlarını tətbiq etməmək qərarına gəlib.
Tehran küçələrinə getsəniz, qadınların saçlarını örtmədiyini görərsiniz”.
Zərif bunun qanunsuz olduğunu, lakin hökumətin qadınlara zülm etməmək qərarına gəldiyini bildirib: “Biz düzgün istiqamətdə gedirik.
Bu kifayət deyil”. Zərifin hicab məsələsi ilə bağlı açıqlamaları həm sosial şəbəkələrdə, həm də hökumət daxilində müzakirələrə səbəb olub.