Cavadov bu kluba baş məşqçi təyin olundu

03.07.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Növbəti mövsüm 1-ci Liqada çıxış edəcək “Xankəndi”nin sabiq məşqçisi Ceyhun Cavadovun yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, mövsümün sonunda Qarabağ klubundan Cavadov karyerasını baş məşqçi kimi davam etdirəcək. 

C kateqoriyalı çalışdırıcı son mövsümü Region Liqasında keçirən "Marafon"un baş məşqşisi təyin olunub. Cavadov bu postda Amid Zeynalovu əvəzləyib.

O, yeni komandasını formalaşdırmağa başlayıb. Cavadovun "Xankəndi"ndən ayrılan bir neçə futbolçunu yanına aparmağa çalışır. Xatırladaq ki, I Liqaya yüksələn "Xankəndi"ni bu yay Rauf Məhərrəmov, Tural Qurbatov, Mirmövsüm Caniyev, Elşad Manafov, Elməddin Hüseynzadə və Pərviz Qaraxanov tərk edib.

Sabirabad təmsilçisi ötən mövsüm Region Liqasının finalında "Zəngəzur"a uduzub. Bununla belə, II Liqada “Araz Saatlı” və “Göygöl” klublarının lisenziya əldə edə bilməməsi “Zəngəzur”la yanaşı, Region Liqasının finalçısı “Marafon”un da 2026/27 mövsümündə II Liqada iştirakına yol açıb. 

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью