Cavadov: “İndividual səhvlərimiz ucbatından qollar buraxdıq”

30.11.2024

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XV turunun “Zirə” – “Sumqayıt” oyunundan (4:1) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– 2 fərqli hissə gördük. Pis komandaya qarşı oynamırdıq. Bu oyunun çətin olacağını da bilirdik. Onlara hörmətlə yanaşsaq da bugünkü oyunda bizə vurulan qollar hədiyyəlik idi. İndividual səhvlərimiz ucbatından qollar buraxdıq. Komandamın oyunundan razıyam. İlk hissədən tam razıyam. Yaxşı oyun nümayiş etdirdik. Səhvlərimiz oldu, rəqib də bunlardan istifadə etdi. Rəqibi təbrik edirəm. Biz isə növbəti oyunlara hazırlaşacağıq. İnanıram ki, hər şey qaydasındadır. Səhvlərimizin üzərində işləyəcəyik.
– İkinci hissədə nə dəyişdi ki, komanda belə bəsit qollar buraxdı?
– Bu səhvlər 60-70-ci dəqiqələrdə olsaydı, deyərdim ki, bunu güclə, fiziki cəhətlə əlaqələndirərdim. Amma burada lazımsız ötürmələr belə qollara gətirib çıxartdı. Səhvlər ola bilər. Bu normaldır. Gənc futbolçularımızın da dayı çoxdur. İndi bu məğlubiyyəti kiminsə üstünə yıxmaq mənim karyerama ziddir. Komanda şəklində uduzmuşuq. Udanda da, uduzanda da birik. İrəli baxmaq lazımdır.
– Sərtan Taşkına çox əsəbiləşdiz. Hətta əvəz olunmasını istədiz. Sərtan nə etmişdi?
– Futbolda emosiyalae olur. Sərtan dəyər verdiyim oyunçulardan biridir. Düşünürəm ki, öz səhvini də bilir. Heç bir futbolçuyla incikliyim olmayıb və olmayacaq. Canla-başla işləyəcəyik.
– İlk hissədə yaxşı oynadız, qol da vurduz. Fasilədə komandaya motivasiya verdiniz?
– Bizim istəyimiz qalib gəlmək idi. İlk hissədə pressinq etdik, rəqibə imkan vermədik. Ancaq ikinci hissədə tərsi oldu. Hesab 1:3 olduqda isə istər-istəməz oyunçularda ruh düşkünlüyü olur. İnanıram ki, etdiyimiz səhvləri növbəti matçlarda etməyəcəyik.
– Düşünmürsünüz ki, komandada arxayınlıq var idi…
– Heç bir arxayınlıqdan söhbət gedə bilməz. İlk gündən mövsümün sonuna qədər çalışayıq ki, hər oyun vuruşaq. “Sumqayıt”da arxayınlıq ola bilməz.

Əsas xəbərlər, Manşet “Zirə” ilə “Kəpəz” qələbə qazandı

30 Noyabr 2024, 18:51

Əsas xəbərlər, Ölkə futbolu “Zirə” – “Sumqayıt” matçının heyətləri bəlli oldu

30 Noyabr 2024, 15:56

Əsas xəbərlər, Ümumi idman “Sumqayıt”da yeni oyunçu

28 Noyabr 2024, 12:48

Əsas xəbərlər, Manşet, Premyer liqa Liderlər itkiyə yol vermədi, “Neftçi” üçün dönüş oyunu

25 Noyabr 2024, 10:39

Əsas xəbərlər, Premyer liqa Premyer Liqa: Tovuz və Sumqayıt zirvəyə şərik oldu

25 Noyabr 2024, 9:00

Əsas xəbərlər, Manşet, Premyer liqa Hədiyyəlik üç xal

25 Noyabr 2024, 8:02

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью