Cavadovdan qələbə şərhi: Hesab daha böyük ola bilərdi

30.09.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

İkinci Liqanın 5-ci turunda "Dinamo" ilə qarşılaşan "Marafon" böyük hesablı qələbəyə sevinib. Debütant mərkəzi oyunda rəqibini 3:0 hesabı ilə yenərək liderin ən yaxın izləyicisi statusunu qoruyub. 

Sabirabad təmsilçisinin baş məşqçisi Ceyhun Cavadov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:

"Əslində, rəqibimiz "Dinamo" çox yaxşı komandadır. Gənc futbolçulardan qurulub, çox qaçır, daim hərəkətdə olurlar. Buna baxmayaraq, komandamız sona qədər dominant futbol oynadı.Oyunun böyuk hissəsi ərzinndə nəzarət tamamilə bizdə oldu və dşüşünürəm ki, hesab daha böyük ola bilərdi.
"Dinamo" komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram. Öz komandamı isə göstərdiyi şən və məhsuldar oyuna görə təbrik edirəm. 
Artıq bu oyunu unudub növbəti matçı fikirləşirik. Qarşıda bizi daha bir çətin oyun gözləyir. Bütün diqqətimizi növbəti rəqibə yönəldəcəyik".

Qeyd edək ki, məğlubiyyətsiz irəliləyən "Marafon" 5 turdan sonra 13 xalla 2-ci pillədə qərarlaşıb. Sabirabadlılar növbəti turda səfərdə "Hypers" ilə qarşılaşacaq. 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью