Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Əməkdar artist Bəsti Bəkirova "Qonaqcanlı" verilişində qonaq olarkən ailə həyatı və övladları ilə bağlı maraqlı məqamlara toxunub. Müğənni valideynlərə müraciət edərək yeni ailə quran gənclərin mütləq ayrı evdə yaşamalı olduqlarını vurğulayıb.
Demokrat.az xəbər verir ki, övladlarının müstəqil olmasını dəstəkləyən sənətçi bu addımın gələcəkdə yarana biləcək problemlərin qarşısını aldığını qeyd edib.
Bəsti Bəkirova gənc cütlüklərin öz ayaqları üzərində durmasının vacibliyini bu sözlərlə ifadə edib:
"Oğlum və gəlinim ayrı yaşayır. Ailə ayrı yaşamalıdır. Bir ailə qurulubsa, bir-birinə öyrəşməli, püxtələşməlidir. Hər ailənin öz söz-söhbəti var, onu niyə böyüklər eşitməli, hiss etməlidir? Cavan gəlin, yeni cütlük tək olmalıdır. O biri oğlum da ailə quranda ayrı yaşayacaq".
Sənətçi həmçinin nəvə sevgisi ilə bağlı əvvəllər yanlış düşündüyünü də gizlətməyib. Nəvənin övladdan daha əziz olması fikrinə vaxtilə təəccüblə yanaşdığını deyən müğənni indi həmin hissləri yaşadığını bildirib.
"Əvvəl böyüklər deyəndə nəvə şirindir, deyirdim, anormal adamdır. İnsan necə nəvəni övladdan çox istəyər? Amma doğrudan da belə imiş" deyə o, fikirlərini tamamlayıb.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az xəbər verir ki, övladlarının müstəqil olmasını dəstəkləyən sənətçi bu addımın gələcəkdə yarana biləcək problemlərin qarşısını aldığını qeyd edib.