Cavan getmişdik, qoca qayıtdıq... Video

08.11.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəfər Gününü ata yurdlarında qeyd edən Şuşa sakinləri Baku TV-yə danışıblar.

Xalqcebhesi.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi, Şuşa sakini Cahid Ələkbərov ailəsi ilə birlikdə doğma torpağında yaşadığı üçün xoşbəxt olduğunu bildirib:

"30 il həsrət çəkdik. Torpaqlarımızdan gənc yaşımızda çıxmışdıq. Qocalıb qayıtdıq. Şuşaya təzə köçsək də, mən torpaqlarımız azad olunan vaxtdan buradayam".

Şuşa sakini Vəsilə Ələkbərova da öz torpağında olmaqdan qürur duyduğunu bildirib:

"Hər şeyi şəhidlərimizə borcluyuq. Elə şəhid övladları var ki, atasını görməyib, ancaq məzarından tanıyır. O övladların qarşısında baş əyirəm".

Daha ətraflı süjetdə:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью